İsraildə 60 yaşdan yuxarı insanlara 3-cü doza peyvəndin vurulmasına başlanılıb

İsrail bu gün 60 yaşdan yuxarı vətəndaşlara koronavirus peyvəndinin üçüncü dozası vurulması ilə bağlı kampaniyaya start verib. Bu barədə RİA Novosti xəbər verir.
Kampaniya yoluxma sayının artması fonunda aparılır. Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, aprel ayından bəri ölkədə ilk dəfə olaraq ağır vəziyyətdə olan xəstələrin sayı 200-ü keçdi. Qərar İsrailin aparıcı tibb mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra verilib.
Cümə günü 60 yaşlı İsrail prezidenti İsaak Herzoqa və onun həyat yoldaşına üçüncü doza peyvənd vurulub. Prosedur Haim Sheba tibb mərkəzində keçirilib və İsrail telekanalları tərəfindən yayımlanıb. Daha sonra İsrailin keçmiş baş naziri, müxalifət lideri Benyamin Netanyahuya da peyvənd vurulub.
"Yediot Ahronot" qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son həftələrdə İsraildə istifadə edilən Pfizer peyvəndin effektivliyi infeksiyanın qarşısının alınmasında 39%, ağır xəstəliyin qarşısının alınmasında isə 91% -ə qədər azalmışdır.
Oxunub: 326
Xəbəri paylaş
Paylaş: