Gürcüstanda koronavirusdan ölənlərin sayı 6 mini keçib
Gürcüstanda ötən sutkada daha 3 780 nəfərdə koronavirus aşkarlanıb, 2 052 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində 30 ölüm faktı qeydə alınıb.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 440 353 nəfər yoluxub. Onların 395 505-i sağalıb, 6 016-sı vəfat edib.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: