Öcalana "fəxri vətəndaşlıq" verən İtaliyaya Türkiyə XİN-dən sərt reaksiya
İtaliyanın Fossalto bələdiyyəsinin PKK terror təşkilatının lideri Abdulla Öcalana "fəxri vətəndaşlıq" verməsi qərarına Türkiyə XİN sərt reaksiya verib.
Türkiyə XİN-nin bəyanatında deyilir:
“İtaliyanın Fossalto bələdiyyəsinin terror lideri Abdulla Öcalana fəxri vətəndaşlıq verməsi bu caninin bəşəriyyətə qarşı törətdiyi cinayətləri görməməzliyə vuran biabırçı hadisədir.
40 mindən çox məsum insanın qətlinə görə məsuliyyət daşıyan, narkotik, insan ticarəti, “çirkli pullar”ın yuyulması, uşaq oğurluğu və digər cinayətlərdə ittiham olunan, Avropa İttifaqının terror təşkilatları siyahısına daxil olan PKK-nın və liderinin legitimləşdirilməsi cəhdləri faydasızdır. Bundan əlavə, terrorla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq ruhuna tamamilə ziddir.
İtaliyada bəzi yerli idarəetmələrin oxşar qərarlarının son nümunəsini təşkil edən bu cəhd və bundan sonra ola biləcək oxşar cəhdlərə qarşı terrorla mübarizə sahəsində əməkdaşlıqla bağlı İtaliyanın hakim dairələrindən gözləntimizi bir daha ifadə edirik”.