Gürcüstanda son sutkada 5 697 nəfər koronavirusa yoluxub - 54 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 5 697 yeni yoluxma halı qeydə alınıb, 2 713 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 54 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 455 846 nəfər yoluxub. Onların 406 475-i sağalıb, 6 182-si dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 43 163 nəfər təşkil edir.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: