Yaponiyada 1,7 milyon insan təcili təxliyə olunur
Yaponiyanın cənub-qərbində yerləşən dörd prefekturada yaşayan 1,7 milyon insan güclü yağışlar səbəbindən təcili təxliyə olunur.
Xarici KİV xəbər verir ki, Fukuoka, Saqa, Naqasaki və Xirosima prefekturalarında təbii fəlakət səbəbindən ən yüksək – beşinci təhlükə səviyyəsi elan olunub.
Qeyd edək ki, Yaponiyanın cənub-qərbində bir neçə gündür güclü yağışlar yağır. Leysanın səbəb olduğu torpaq sürüşmələri nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: