Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğrayıb -
YENİLƏNİB
Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.
Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.
Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.
Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndərəcəyi qeyd o lunub.
***
Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.
“Haber Global” xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.
Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qəzanın dəqiq səbəbləri məlu m deyil.
***
Türkiyənin Kahramanmaraş şəhərində helikopter qəzaya uğrayıb.
“TRT Haber” xəbər verir ki, helikopter meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb.
Əraziyə axtarış-xilasetmə qrupu cəlb olunub./report