Türkiyədə qəzaya uğrayan Rusiyanın amfibiya təyyarəsinin 8 ekipaj üzvü ölüb
Türkiyənin Kahramanmaraş şəhərində yanğınsöndürmə tədbirləri zamanı qəzaya uğrayan Rusiya təyyarəsinin bütün ekipaj üzvləri həyatını itirib.
“Haber Global” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də axtarış tədbirlərinə əməkdaşlarını cəlb edib.***Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.
Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.
Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.
Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndərəcəyi qeyd olunub./report
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: