“Taliblər” Əfqanıstanda daha iki inzibati mərkəzi ələ keçiriblər
"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın daha iki - Laqman və Daykundi əyalətlərinin inzibati mərkəzini ələ keçirib.
Bu barədə yerli hakimiyyətə istinadən "Associated Press" bildirib.
Agentliyin xəbərinə görə, Laqman əyalətinin paytaxtı Mehtarlam şəhərinin qəsb edilməsi barədə deputat Zefon Safi bildirib.
Ölkənin mərkəzi hissəsində yerləşən Daykundi əyalətinin əsas şəhərinin ələ keçirildiyini isə bu regiondan olan deputat Sayed Məhəmməd Daud Nasiri bildirib. Onun sözlərinə görə, əyalətin paytaxtında iki atəş səsi eşidilib, sonra əyalətin bütün obyektləri silahlılara verilib.

Oxunub: 273
Xəbəri paylaş
Paylaş: