Hindistanda koronavirusdan ölənlərin sayı 433 mini ötüb
Hindistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 35 797 yoluxma qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda xəstəlikdən 511 nəfər ölüb. Bununla da indiyə qədər COVID-19-dan ölənlərin ümumi sayı 433 063, virusa yoluxanlar isə 32 320 898 nəfərə çatıb.
Qeyd edək ki, infeksiyaya yoluxanların sayına görə Hindistan ABŞ-dan geri qalır.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: