QHT 2 məhşur xanımın adına medal təsis edib
“Uşaqların gələcəyi naminə” ictimai birliyi 2 məhşur xanımın adına medal təsis edib. Bu barədə təşkilatın sədri hüquqşünas Könül Quliyeva məlumat verib. K.Quliyeva bildirib ki, təşkilat 2 fədəkar Azərbaycan qadının adına medal təsis edib. Bu xanımlardan biri Azərbaycanın taleyində böyük rol oynamış ilk uşaq evinin yaradıcısı böyük mütəfəkkir Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova-Köçərli ikinci xanım isə Türkiyənin ilk qadın vəkili Sürayyə Ağaoğludur.
Badisəba xanım Vəkilova-Köçərlinin adına təsis edilən medal Azərbaycanda uşaq evlərinin himayəsi yaxud uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslərə təqdim ediləcək.
Sürayyə Ağaoğlunun adına olan medal isə türk dünyasında xidmətləri olan qadın hüquqşünaslara təqdim ediləcək.