Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil olub
  • Kabil döyüşsüz təhvil verilir? - Taliban danışıqlar aparır
  • Kabil aeroportunda izdiham və atışma nəticəsində 40 nəfər həlak olub
  • "Taliban" Əfqanıstanın keçmiş hökumət üzvlərinə amnistiya elan edib
  • ""Taliban" silahlıları Kabilə daxil olub"- Əfqanıstan DİN
  • Əməliyyatın kod adı: “Sayqonda temperatur 105 dərəcədir, hərarət getdikcə yüksəlir”- Araşdırma

    • Tarix: 7-09-2021, 11:56



    Avqustun 15-də "Taliban" yaraqlıları Əfqanıstanın paytaxtı Kabili ələ keçirdilər. Kabilin süqutu ABŞ-ın dünyadakı nüfuzuna çox ciddi zərbə oldu. Hətta, bu süqutu İkinci Dünya müharibəsi zamanı Minskin süqutu ilə müqayisə edənlər bildirirlər ki, Minsk nəhəng Vermaxt ordusu qarşısında bir neçə gün duruş gətirə bilmiş, yalnız 28 iyun 1941-ci ildə süquta uğramışdı. Kabil isə döyüşsüz, Amerika qoşunları hələ Əfqanıstanı tərk etməmiş yenildi.


    Prezident Bayden Kabilin süqutu vaxtı milli təhlükəsizliyin məruzəsini dinləyir

    Birləşmiş Ştatlar Kabilin süqutundan dərhal sonra öz vətəndaşları və ona bağlı Əfqanıstan vətəndaşlarını evakuasiya etdi. Bu evakuasiya prosesi tələm-tələsik olduğundan bir sıra çatışmazlıqlarla müşayiət olundu. Bir çox insanlar xaotik şəkildə təyyarənin göyərtəsinə doluşdular, yer tapıb minə bilməyənlər isə şassidən yapışaraq uçmağa cəhd etdilər.


    Amerika dəniz piyadası əfqan qaçqınların Kabil hava limanına evakuasiyasını təmin edir. 18 avqust 2021-ci il

    "Taliban"ın qisas aktından qorxaraq ölkəni tərk etmək istəyən əfqanların çarəsiz durumu dünya mediasının diqqət mərkəzində idi. Şassiyə yapışaraq ölkəni tərk etmək istəyənlərin bir çoxu şassi bağlanarkən yüksəklikdən yerə çırpılaraq həlak oldular. Onların arasında Əfqanıstanın gənclərdən ibarət yığma komandasının oyunçusu, perspektivli futbolçu Zaki Ənvari də var idi.


    Əfqan qaçqınları daşıyan C-17 tipli Amerika hərbi-nəqliyyat təyyarəsinin göyərtəsi. 15 avqust 2021-ci il

    Birləşmiş Ştatların Kabilin süqutundan dərhal sonra öz vətəndaşlarını və ona bağlı Əfqanıstan vətəndaşlarını evakuasiyası bir məsələni də gündəmə gətirdi. Bu, Vyetnam müharibəsinin sonuncu günü – 30 aprel 1975-ci ildə ABŞ-ın süqut edən Cənubi Vyetnamdan öz vətəndaşlarını və ona bağlı vyetnamlıları çıxarması məsələsidir.

    İndi isə bu günümüzlə bilavasitə bağlı olan bu tarixi hadisəyə dair yazını təqdim edirik.
    Vyetnam müharibəsi (ingiliscə Vietnam War) XX əsrin ikinci yarısının ən böyük hərbi konfliktlərindən hesab olunur. Bu müharibə mədəniyyətdə nəzərəçarpacaq iz buraxıb və Vyetnamın, həmçinin, ABŞ və SSRİ-nin müasir tarixində əhəmiyyətli yer tutur. Bu da səbəbsiz deyil. Çünki biri tarixə qovuşmuş dövlət – SSRİ, biri isə hazırda dünyada supergüc olan ABŞ bu müharibədə olduqca fəal rol oynayıblar. SSRİ müharibədə Şimali Vyetnamı (Vyetnam Demokratik Respublikası), ABŞ isə Cənubi Vyetnamı (Vyetnam Respublikası, yaxud SSRİ-də deyildiyi kimi Sayqon rejimi) dəstəkləyirdi.


    Vyetnam müharibəsi XX əsrin ikinci yarısının ən böyük hərbi konfliktlərindən hesab olunur (Bu foto evakuasiya ilə bağlı deyil)

    Müharibə 1955-ci ildə qızışmağa başlayıb və 1975-ci ildə Sayqonun (Sayqon şəhəri Cənubi Vyetnamın paytaxtı idi. 1975-ci ildən Vyetnamın ilk prezidenti Xo Şi Minin şərəfinə Xoşimin adlanır-S.Həmid) süqutuna qədər inkişaf edib.

    Müharibə Cənubi Vyetnamda vətəndaş müharibəsi kimi başlayıb. Sonra Çin Xalq Respublikası və SSRİ-dən dəstək alan Şimali Vyetnam, daha sonra isə müttəfiqi Cənubi Vyetnamı qorumaq öhdəliklərini yerinə yetirən ABŞ və onun müttəfiqləri (SEATO hərbi bloku) müharibəyə cəlb edilib. Hadisələr inkişaf etdikcə Laos və Kambocada paralel gedən vətəndaş müharibələri də Vyetnam müharibəsinə qarışıb. Bu səbəbdən 1950-ci illərin sonundan 1975-ci ilə qədər Cənub-Şərqi Asiyada gedən bütün döyüşlər İkinci Hind-Çin müharibəsi kimi tanınır.


    Buddist monax Txit Kuanq Dık Cənubi Vyetnam rejiminə etiraz əlaməti olaraq publik şəkildə özünü yandırır. Sayqon, 11 iyun 1963-cü il.

    Müharibəni bir neçə dövrə bölmək olar: Cənubi Vyetnamda partizan müharibəsi (1955-1965), ABŞ-ın genişmiqyaslı hərbi müdaxiləsi (mart 1965-1973) və müharibənin son mərhələsi (1973-1975).

    Bu müharibənin başlanma səbəbi, hərbi əməliyyatların gedişi, qüvvələr nisbəti, həmin dövrdə mövcud olan gosiyası vəziyyət, itkilər və digər məsələlər ayrıcı yazının mövzusudur. Bizim yuxarıda qeyd etdiyimiz kimi bu yazıda söhbət açacağımız məsələ Sayqonun süqutuna bir neçə saat qalmış həyata keçirilən “Güclü külək” əməliyyatı” (ingliscə Frequent Wind) barədədir.

    Əməliyyatın kod adı: “Sayqonda temperatur 105 dərəcədir və hərarət getdikcə yüksəlir”

    1975-ci ildə Amerika Birləşmiş Ştatları artıq iki il idi ki, Vyetnam müharibəsində birbaşa iştirak etmirdi. ABŞ 1969-cu ildən etibarən qoşunları Cənubi Vyetnamdan geri çəkməyə başlamışdı. Hərbi analitiklər isə Sayqonun 1976-cı ildə süqut edəcəyini ehtimal edirdilər. Ancaq 1975-ci ilin yazında Şimali Vyetnam ordusunun etdiyi aramsız hücumlar (“Yaz hücumu”) uğurlu olur. Beləliklə, 1975-ci ilin aprelin ortalarında Cənubi Vyetnamın suqutuna cəmi bir neçə gün qaldığı aydın olur. Bu hücumlar 1000-dən çox Amerika vətəndaşının və Amerikaya bağlı insanların təxliyə edilməsini zərurətə çevirir.

    Evakuasiyanın başlanmasının kod siqnalı Sayqon radiosunda efirə gedəcək bu mesaj olmalı idi: “Sayqonda temperatur 105 dərəcədir və yüksəlir”. Plana görə, bu mesajdan sonra milad mahnısı səsləndirilməlidir. Aprelin 29-u, səhər saatlarında bu mesaj səsləndirilir. Günorta saatlarında isə əməliyyat başlayır.

    Bu vaxt Şimali Vyetnam diviziyaları artıq Sayqona yaxınlaşırdı. Bununla əlaqədar olaraq ölkədə qalan Amerika vətəndaşlarının (əsasən diplomatik heyət) təxliyəsi üçün əvvəlcədən planlaşdırılmış əməliyyata start verilir.

    Əməliyyat ABŞ-ın Dəniz Piyaları Korpusu tərəfindən həyata keçirilir. Evakuasiyaya aviasiya daşıyıcıları da daxil olmaqla 15 Amerika döyüş gəmisinin qüvvələri cəlb olunur. Onlar CH-46 və CH-53 vertolyotlarından istifadə edərək ABŞ-ın Cənubi Vyetnam sahillərindəki 7-ci donanmasına köçürülmə prosesini həyata keçirirlər. 
    Amerika vətəndaşları ilə yanaşı kommunistlərin hakimiyyətə gəlməsindən qorxaraq ölkəni tərk etmək istəyən vyetnamlı qaçqınlar da təxliyə edilir. Ancaq tezliklə aydın olur ki, Sayqondakı bütün qaçqınları evakuasiya etmək mümkün deyil: gəmilərdə bu qədər insan üçün sadəcə, yer yoxdur. Nəticədə əməliyyata komandanlıq edən ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Corc Stil və general Riçard Keri tərəfindən qərar qəbul edilir: yeni gələn vertolyotları qəbul edə bilmək üçün əvvəlkilər dənizə atılsın!


    Belə bir fikir yayğındır ki, aprelin 29-30-da Vyetnam sahillərini yuyan Sakit okeanın yarımqapalı Cənubi Çin dənizinə ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus 45 ədəd çoxfunksiyalı “İrokez” vertolyotu (ingiliscə “Bell UH-1 Iroquois”) və artıq tarixin arxivinə qovuşmaq üzrə olan Cənubi Vyetnamın darmadağın edilmiş ordusuna məxsus bir ədəd çoxfunksiyalı “Çinok” (“Boeing CH-47 Chinook) vertolyotu atılıb. 

    Ancaq amerikalı araşdırmaçılar Elizabet Hartsook və Stüart Alaydın 2013-cü ildə nəşr olunan “Hava müharibəsi. 1969-1975-ci illərdə Vyetnam planları və əməliyyatları” kitabında “Güclü külək” əməliyyatı zamanı batırılan vertolyotların ümumi sayının 67 olduğu bildirilir.



    Hər bir vertolyotun dəyəri bir neçə milyon dollar təşkil edirdi. Əməliyyat zamanı okeana atılan tamamilə işlək, yararlı vertolyotların ümumi dəyəri isə yüz milyon dollarla ölçülür. Ancaq itirilən vertolyotlarla bağlı xüsusi təəssüf hissi yaranmır: çünki əks halda bu vertolyotlar hərbi qənimət kimi Şimali Vyetnama qalacaqdı.


    “Mən mayor Boanqam, yanımda həyat yoldaşım və beş uşağım var...”

    Evakuasiya zamanı maraqlı bir epizod baş verir. “Midiuey” aviadaşıyıcısının göyərtəsi üzərində yüngül mühərrikli “Cessna” dövrə vurur. Təyyarənin pilotu tapançanın qoburuna kağız yazaraq onu göyərtəyə atır. Kağızda yazılırdı: “Mən mayor Boanqam. Həyat yoldaşım və beş uşağım yanımdadır. Siz vertolyotları oradan çıxarsanız mən ora enə bilərəmmi? Mənim 1 saatlıq yanacağım var...” Təbii ki, mayor Li Boanqın istəyinə müsbət qarşılıq verilir. Mayorun idarə etdiyi “Cessna” aviadaşıyıcının göyərtəsinə enir.

    Mayor Boanqın idarə etdiyi "Cessna" aviadaşıyıcıya endikdən sonra

    Əməliyyat aprelin 30-da səhər saatlarında – Sayqonun Şimali Vyetnam ordusunun nəzarəti altına keçməsindən bir neçə saat əvvəl yekunlaşır. “Hava körpüsü” şimali vyetnamlıların heç bir müqaviməti ilə qarşılaşmır. Lakin qeyri-döyüş səbəbindən amerikalılar bir vertolyot itirir (iki ekipaj üzvü həlak olur). 
    Ümumilikdə, 7-ci donanmanın gəmilərinə 1737 ABŞ vətəndaşı və 5595 digər ölkə vətəndaşı (əsasən vyetnamlılar) təxliyə edilir. Bununla da aprel ayı ərzində amerikalılar təxminən 50 min adamı müxtəlif yollarla ölkədən çıxarırlar. Ümumiyyətlə, müharibənin sonunda və ondan dərhal sonra ABŞ 138 min vyetnamlı qaçqını qəbul edir.

    "Güclü külək əməliyyatı": ABŞ-ın Vyetnamda məğlubiyyətinin simvolu, yoxsa...

    “Güclü külək” əməliyyatının uğuruna baxmayaraq o ABŞ-da qeyri-populyar müharibənin kədərli nəticəsi kimi qəbul edildi və bir sıra ölkələrdə hələ də bu cür qəbul edilməkdədir. Qaçqınlarla dolu vertolyot “yükünü” gəmiyə boşaltdıqdan dərhal sonra digər vertolyotlara yer açmaq üçün onun dənizə atılmasına dair televiziya görüntüləri həmin illərdə ABŞ-ın Vyetnamda məğlubiyyətinin simvolu hesab olunurdu.

    Aprelin 29-da hollandiyalı fotoqraf və müxbir Hubert Van Esin ABŞ-ın Sayqondakı səfirliyinin damında çəkildiyi ehtimal olunan foto isə müəllifinə dünya şöhrəti qazandırdı. 
    Fotoda ABŞ səfirliyinin amerikalı personalının vertolyotun göyərtəsinə qalxması anı əks olunur. Yalnız “Güclü külək” əməliyyatının 25-ci ildönümündə (2000-ci ildə) vertolyotun əslində səfirliyin damında deyil, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rezidensiyasında olduğu və ora amerikalıların deyil, vyetnamlıların dırmaşdığı aşkar oldu.

    Hubert Van Esin məşhur fotosu. Yalnız 25 il sonra bu binanın ABŞ səfirliyinin binası yox, USAID-in rezidensiyası olduğu açıqlandı

    Əməliyyatın qiymətləndirməsi

    “Güclü külək” əməliyyatı hazırda müxtəlif cür qiymətləndirilir. Bir tərəfdən bu əməliyyat bir çox ölkələr tərəfindən minlərlə vətəndaşın “qaynar nöqtə”dən sürətli şəkildə çıxarılması üçün standart fəaliyyət planı nümunəsi kimi qəbul olunur. Həmin fikrin müəllifləri iddia edirlər ki, Amerika Birləşmiş Ştatları əməliyyatı dəqiq və vaxtında həyata keçirib, əməliyyatdakı yeganə xaos elementi isə vyetnamlı qaçqınların vertolyotlara minmək üçün çarəsiz cəhdləri nəticəsində bir-birini əzməsi idi. Həqiqətən də bir sutkadan az vaxt ərzində 7 mindən artıq insanın həyatını xilas etmək mümkün olub.

    Digər yanaşmanın müəllifləri isə 29-30 aprel hadisələrini ABŞ-ın rüsvayçı qaçışı və Vyetnam müharibəsində məğlubiyyətinin simvolu hesab edirlər. Biz bu istiqamətdə yekun qərara gəlməyi oxucuların öz öhdəsinə buraxırıq.

    Sevinc KƏRİMOVA,
    GLOBALL.AZ

    Oxunub: 428
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.