Niderlandda İran əleyhinə etiraz aksiyası keçirildi -
FOTOLAR
“Dam” meydanında baş tutan aksiyada İran hakimiyyəti əleyhinə şüarların əks olunduğu posterlər sərgilənib.
Etirazçılar İranda siyasi fəalların edamının dayandırılmasını və şəriət sisteminin aradan qaldırılmasını, həbsdə olan siyasi məhbusların və işçilərin azad edilməsini tələb ediblər.
Qeyd edək ki, İran əleyhinə oxşar etirazlar artıq bir neçə ildir ki, Niderlandın Amsterdam və Haaqa şəhərlərində təşkil olunur.
Aksiyalar əsasən şəhərin mərkəzi meydanında və İran səfirliyinin qarşısında baş tutub.
Əsasən İranlı mühacirələrdən ibarət etirazçı qrup “Rədd olsun İran İslam Respublikası” şüarları ilə İrandakı insan ölümlərinə, qadınların və ictimai fəalların hüquqlarının pozulmasına diqqət çəkməyi hədəfləyir./bizim.media