Türkiyə Silahlı Qüvvələrindən PKK-ya ağır zərbə: 979 sığınacaq və mağara məhv edilib

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat Türkiyə Jandarma Komandosu, Jandarma Xüsusi Əməliyyatı, Polis Xüsusi Əməliyyatı və mühafizəçilərlə birlikdə aparılıb.
Qeyd edilir ki, ölkədə terrorçuların sayının gündən günə azalması ilə yanaşı, təşkilatın sığınacaqları və mağaraları da məhv edilib.
Bu çərçivədə 2020-ci ilin yanvar-sentyabr aylarında 649 sığınacaq, mağara və yeraltı anbar, 2021-ci ilin eyni dövründə isə 51 faiz artımla 979 sığınacaq, mağara və yeraltı anbar müəyyən olunub və hamısı məhv edilib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: