Təbrizlilərdən farslara göstəri -
Küçələrdə "Güney Azərbaycan İran deyil" şüarı /FOTOLAR
Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı qrafiti və divar yazıları ilə təqdirəlayiq aksiya keçirərək, Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.
"Azad İran" Teleqram kanalı xəbər verir ki, Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, "Güney Azərbaycan İran deyil" sözləri yazılıb.
Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: