Türk ordusu meydan sulayacaq: Yeni kamikadzelər...
Türkiyə Silahlı Qüvvələrinə yeni nəsil kamikadze PUA-lar veriləcək.Bununla bağlı Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsi ilə Müdafiə Texnologiyaları Mühəndisliyi arasında müqavilə imzalanıb.
İstifadə müddəti, uçmaq qabiliyyəti artırılan, minimal səs səviyyəsi və yüksək hədəftəyinetmə alqoritminə sahib olan 356 ədəd yeni nəsil kamikadze PUA “Karqu-2” adı altında təqdim olunacaq.
Türkiyənin “səmadakı yeni əsgərləri” adlandırılan bu PUA-lar hələ ötən ildən Silahlı Qüvvələrə verilib./Axar.az/
Oxunub: 493
Xəbəri paylaş
Paylaş:




















