Saakaşvilini Ukrayna və ABŞ-dan olan vəkillər müdafiə edəcək
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin maraqlarını təkcə gürcü vəkillər deyil, həm də Ukrayna və ABŞ-dan olan hüquq müdafiəçiləri müdafiə edəcək.
Bu barədə Saakaşvilinin vəkillərindən biri Bek Basilai bildirib.
Saakaşvili etiraz əlaməti olaraq 33-cü gündür ki, həbsxanada aclıq aksiyası keçirir. Səhhəti pisləşərsə, səlahiyyətlilər onu həbsxana xəstəxanasına köcürməyi vəd edir.
Vəkillər sabiq prezidenti digər məhbusların köçürüldüyü özəl klinikada yerləşdirilməsini tələb edirlər. Hazırda onu Gürcüstanda dörd vəkil müdafiə edir.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: