Türkiyədə 6 Rusiya agenti yaxalandı -
Killerlər çeçen Abdulhakimi öldürəcəkdilər...
Ötən günlərdə İran agentlərini və 15 nəfərlik "Mossad" şəbəkəsini çökdürən Türkiyə Kəşfiyyat İdarəsi (MİT) bu dəfə Rusiyanın 6 casusunu yaxalayıb.
Bu haqda Türkiyə mətbutı məlumat yayıb.
Məlumata görə, Rusiya kəşfiyyatına işləyən 4-ü rus, biri ukraynalı və biri özbək olmaqla 6 casus Türkiyədə çeçen müxalifə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırmışlar.
Daha əvvəl tez-tez çeçen müxaliflərə qarşı sui-qəsd təşkil edən rus casuslarının bu dəfəki hədəfi Türkiyədə yaşayan Abdulhakim adlı çeçen olub.
MİT-in həyata keçirdiyi əməliyyat ilə sui-qəsd cəhdində istifadə ediləcək səsboğucu silahlar cəsusların məskunlaşdığı evin hamamının tavanındakı gizli bölmədən tapılıb.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: