Gürcüstanda COVID-19 DƏHŞƏTİ: son gündə 4 565 nəfər yoluxub, 78 nəfər ölüb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) infeksiyasına 4 565 yoluxma halı qeydə alınıb, 78 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 780 391, xəstəlikdən ölənlərin sayı isə 10 894 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 711 105 nəfərin sağaldığı bildirilir.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: