Gülnarə Kərimovanın həbs müddəti artırılıb –
Məhkəmə qərarı
Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.
Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub./apa
Oxunub: 471
Xəbəri paylaş
Paylaş: