PKK terror qruplaşmasının yaradıcılarından biri məhv edilib
Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının yaradıcılarından biri olan “Fuat” kod adlı Əli Heydər Kaytan məhv edilib.
“TRTHaber” xəbər verir ki, o, İraqın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
A.H.Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşamada sözü keçən əsas fiqurlardan biri sayılırdı.
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: