“Listvyajnaya” şaxtasında ölənlərin sayı 76 nəfərə çatıb
Rusiyada Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
TASS xəbər verir ki, ölənlərin rəsmi sayı 76 nəfər təşkil edir.
Bölgədəki xəstəxanalarda 64 nəfərin müalicəsi davam etdirilir.
Zərərçəkmişlərdən 4-nün vəziyyətinin ağır, 14 nəfərin orta ağır, 46-nın isə kafi olduğu bildirilir.
Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib.
Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: