Hakim:
"Əgər Saakaşvilini məhkəmə zalına gətirməsələr..."
Gürcü mediası xəbər verir ki, bu sözləri Mixail Saakaşvilinin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili, verdiyi müsahibəsi zamanı deyib.
Müsahibə zamanı hakim deyib:
"Əgər Saakaşvilini yenə də məhkəmə zalına gətirməsələr, biz onun həbs olunmasını müzakirə etməyəcəyik".
O, həmçinin Prezident Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını və onu sərbəst buraxacaqlarını bildirib.
Hakim həmçinin, Mixail Saakaşvilinin Qldani xəstəxanasına köçürülməsi kadrları barədə suala da cavab verib və bu kadrları "çox ağır" adlandırıb.
Xatırladaq ki, hakim Liana Orkodaşvili Mixail Saakaşvilinin 10 noyabrda keçirilən məhkəməsi zamanı ona telefonla danışmaq haqqını verib.