ABŞ-da 15 yaşlı şagird 11 nəfəri güllələdi -
3 ÖLÜ, 8 YARALI
ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə atışma olub.
Yerli KİV-in məlumatına görə, 15 yaşlı şagird yarımavtomat tapançadan 15-20 atəş açıb.
Mətbuat konfransında şəhər polis idarəsinin nümayəndəsi bildirib ki, atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Saxlanılarkən qatilin istifadə etdiyi silah müsadirə olunub, hücum edən məktəbli müqavimət göstərməyib.
Ölənlər və yaralananlar 14-17 yaş arası yeniyetmələrdir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: