“Barselona” 21 ildən sonra ÇL-də yox, Avropa Liqasında oynayacaq
İspaniyanın “Barselona” klubu Çempionlar Liqasındakı mübarizəsini qrup mərhələsində dayandırıb.
Klub qrup mərhələsinin son oyununda Almaniyanın “Bayern” klubu ilə üz-üzə gəlib.
Almaniyada 0-3 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi 6 turun yekununda 7 xal toplayıb.
Bu nəticə ilə qrupda üçüncü olan katalonlar mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olacaqlar.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 21 il əvvəl Çempionlar Liqasının qrup mərhələsindən çıxa bilməyib, Avropa Liqasında çıxış edib.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: