“Razılaşmalar regionda siyasi, iqtisadi və təhlükəsizlik mühitini dəyişəcək”- Nikol Paşinyan

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
“Razılaşmaları qiymətləndirməmək mümkün deyil. Bu mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik”, - deyə N.Paşinyan bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır.
Ermənistanın baş naziri həmçinin gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Azərbaycan Prezidenti İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildiyini söyləyib.
Nikol Paşinyan bildirib ki, tərəflər ümumi yanaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar./Sputnik Ermənistan
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: