“Taliban” aksiya keçirən qadınları atəşə tutdu

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları paytaxt Kabildə aksiya keçirən qadınlara atəş açıb.
Xarici KİV xəbər verir ki, insident İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının yerləşdiyi ərazidə baş verib. Ölən və yaralılar barədə hələ məlumat yoxdur.
Verilən məlumata görə, qadınlar hüquqlarının qorunması və həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb etmək üçün etiraz aksiyası keçiriblər. Onlar aksiya zamanı “Biz ac insanların səsiyik”, “Qadınlar oyanıb, biz ayrıseçkiliyə nifrət edirik” – kimi şüarlar səsləndiriblər.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: