Qazaxıstan iğtişaşlarında ölən yaraqlıların “məxfi qəbiristanlığı” tapıldı
“Almatıda iğtişaşlar zamanı ölən yaraqlıların məxfi dəfn olunduğu yerlər tapılıb”.Globall.az Modern.az-a istinadən istinadən xəbər verir ki, bunu şəhər polis idarəsinin rəsmi nümayəndəsi Saltanat Azirbek bildirib.
Almatı şəhər polis idarəsinin rəisi Kanat Taimerdenov bir müddət əvvəl bildirmişdi ki, bu ay naməlum şəxslər morqa təxminən 7 hücum həyata keçirib, oradan 41 cəsəd oğurlanıb.
"Bəli, məlumatı təsdiqləyirəm. Gizli dəfnlər iğtişaşların iştirakçılarının şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirmək üçün edilib", - Azirbek bildirib.
2022-ci ilin ilk günlərində Qazaxıstanda yanacağın bahalaşması ilə bağlı etirazlar iğtişaşlara çevrildi. Almatı və bəzi digər şəhərlərdə insanlar küçələrə çıxdı, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verdi.
Ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olundu, hökumət istefaya göndərildi. Prezident Kasım-Jomart Tokayev yanacağın satış qiymətlərinin tənzimlənməsi barədə göstəriş verib, baş verənləri xarici təcavüz aktı adlandırıb və kömək üçün KTMT üzrə tərəfdaşlarına müraciət edib.
Təşkilatın üzvləri respublikaya inzibati və diplomatik binaların mühafizəsi ilə məşğul olan, yerli hərbçilərə asayişin qorunmasına köməklik göstərən kollektiv sülhməramlı qüvvələr göndərirdilər. İndi sülhməramlılar Qazaxıstanı tərk ediblər.
Yanvar hadisələri nəticəsində 695 cinayət işi başlanıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, 4578 nəfər yaralanıb, 225 nəfər həlak olub, o cümlədən 19 təhlükəsizlik işçisi.
BMT 1000-ə yaxın yaralı olduğunu bildirib.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş:




















