AZAL İstanbul reyslərini bərpa edə bilmədi
Həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin bu gün günün birinci yarısında bərpası mümkün olmadı.
Globall.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib.
“İstanbulda olan qarlı hava şəratinə görə uçuşlar bərpa edilmədi. Gün ərzində hava şəratindən asılı olaraq reyslərin bərpası nəzərdə tutulur. Bu haqda xəbər olarsa, ictimaiyyətə elan edəcəyik”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün AZAL İstanbulda reyslərin bu gün günorta saatlarına qədər bərpa edilə biləcəyi haqda məlumat yaymışdı.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: