Peskov Makronun Kremldə deyil, oteldə qalmasının səbəbini açıqlayıb

"Fransa prezidenti Emmanuel Makronun öz istəyi ilə Moskvada səfərdə olarkən Kremldə deyil, oteldə gecələyib". Globall.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Peskov Makronun niyə Kremldə gecələmədiyi sualına cavab olaraq “bu, bizim qonaqlarımızın seçimidir”, cavabını verib.
Bundan əlavə, Peskov deyib ki, hazırda Kremlin mehmanxana otağı təmir olunur: "Qonaqların əksəriyyəti otellərdə qalmağa üstünlük verir, çünki Kreml məlum səbəblərdən bütün nümayəndə heyətini qəbul edə bilmir".
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: