Şimali Koreya qitələrarası raketlər üçün məxfi baza tikib

Fevralın 7-də Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi Şimali Koreyanın qitələrarası ballistik raketlər üçün məxfi baza tikdiyi barədə məruzə dərc edib.
Globall.az AZƏRTAC-a istinadla xəbər verir ki, mərkəzin saytında yerləşdirilən məruzədə ekspertlərin peyk şəkilləri vasitəsilə məxfi “Hoejung” bazasının yerini müəyyən etdikləri qeyd olunur. KXDR-in təxminən 20 bazasından biri olan “Hoejung” Şaqanq əyalətində meşənin ortasında, Çinlə sərhəddən cəmi 25 kilometr məsafədə yerləşir.
Məlumatlı mənbənin sözlərinə görə, gizli yeraltı hissəyə malik “Hoejung” bazasında qitələrarası ballistik raketlərlə silahlanmış polk yerləşə bilər. Həmçinin bu bazanın ABŞ və KXDR arasında imzalanmış nüvəsizləşdirilmə sazişlərinin heç birinə daxil edilmədiyi bildirilir.
Xatırladaq ki, yanvarın 30-da Şimali Koreya Çinlə sərhədin yaxınlığında “Hwasong-12” ballistik raketinin sınağını keçirib. Pxenyan bu raketin nüvə başlığı daşımağa qadir olduğunu və ABŞ-ın Quam adasına çata biləcəyini iddia edir.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: