Çernobıl AES-də 48 saatdan sonra radiasiya sızması başlaya bilər
“Çernobıl AES-in və onun Rusiya ordusunun nəzarətində olan bütün nüvə obyektlərinin vahid elektrik təchizatı xətti zədələnib. Çernobıl AES elektrik enerjisiz qalıb. Mən bütün beynəlxalq ictimaiyyəti Rusiyadan dərhal atəşkəs tələb etməyə çağırıram ki, təmir briqadaları mümkün qədər tez elektrik enerji xətlərini bərpa etsinlər”, - Kuleba Twitter-də yazıb.
Onun sözlərinə görə, ehtiyat dizel generatorları Çernobıl Atom Elektrik Stansiyasını və onun obyektlərini 48 saat ərzində enerji ilə təmin edəcək, bundan sonra isə “işlənmiş nüvə yanacağı anbarının soyutma sistemi söndürüləcək, bu da bütün Avropanı radiasiya sızması təhlükəsi ilə üz-üzə qoyacaq”.
“Rusiya Federasiyasının vəhşi müharibəsi bütün Avropanı təhdid edir. Putin müharibəni dərhal dayandırmalıdır!”, - Kuleba vurğulayıb. (virtualaz.org)