FHN əməkdaşı faciənin qarşısını aldı -
FOTO
Şəkildə: mayor Anar ƏzimovBu gün saat 19:30 radələrində Yasamal rayonu Abdulla Şaiq küçəsində KİA markalı avtomobildə yanğın hadisəsi baş verib. Hadisə zamanı yanğın yerinin yaxınlığından şəxsi avtomobili ilə keçən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı mayor Anar Əzimov təhlükəsizliyi təmin etmək məqsədilə əvvəl vətəndaşları hadisə yerindən uzaqlaşdırmış, öz həyatını təhlükəyə ataraq qapısı kilidlənmiş avtomobildə qalan sürücünü xilas etmiş, daha sonra yanan avtomobili yanğınsöndürən cihazla söndürmüşdür.
Hadisə zamanı xilas edilən sürücü heç bir zədə almasa da mayor yanıq xəsarəti alıb.
Oxunub: 111 555
Xəbəri paylaş
Paylaş: