Elmar Məmmədyarov hazırkı fəaliyyəti barədə DANIŞDI: Özüm üçün işləyirəm, idman edirəm...

"İndi özüm üçün işləyirəm. Əlbəttə ki, 16 il qrafiklə xarici işlər naziri işləmişəm. Belə vəzifədə olan insan həftədə 7 gün, 24 saat çalışır, çünki məsuliyyətli işdir. İndi isə qrafikim rahatdır. İdmanla məşğul oluram, internet resuslarından xəbərləri, dünyada gedən prosesləri izləyirəm".
Globall.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmədyarov hazırki fəaliyyəti haqda Musavat.com-a danışarkən deyib. Sabiq nazir regionda baş verən hadisələrə də münasibət bildirib:
Sabiq xarici işlər naziri deyib ki, o, Qarabağ məsələsi ilə 90-cı illərdən məşğul olub: "BMT-də, Azərbaycanda danışıqlarda iştirak edirdim, nazir kimi öz xidmətlərimi göstərirdim. Deyim ki, ilk gündən Azərbaycanın mövqeyi birmənalı idi - erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yaxşı olardı ki, məsələ sülh yolu ilə olardı, şəhidlərimiz olmazdı. Amma biz öz yolumuzu tapmışıq. Cənab Prezident sağ olsun, bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu, Azərbaycan xalqı üçün böyük mənəvi məsələdir".
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: