Ümrə ziyarəti üçün COVID testi tələbi
LƏĞV EDİLDİ
Sabah Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşür.
Globall.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd edilib ki, qrupa 32 nəfər zəvvar daxildir.
Zəvvarların martın 26-da geri dönmələri nəzərdə tutulur.
QMi-dən bildirilib ki, Ümrə ziyarəti üçün əvvəl tələb edilən COVID-19 PCR testi artıq tələb edilmir, lakin COVID-19 pasportu ilə bağlı tələb qüvvədə qalır.
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: