İçərisində 133 nəfər olan təyyarə Çində qəzaya uğradı

Boeing 737 Çində qəzaya uğrayıb.
Globall.az xəbər verir ki, "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi, ilkin məlumatlara görə, Çinin cənubunda qəzaya uğrayıb.
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Fövqəladə vəziyyətlə bağlı məlumat dəqiqləşdirilir.
KİV-in məlumatına görə, təyyarədə 133 nəfər olub. Qəzanın olduğu iddia edilən yer Quanksi Çjuanq Muxtar Bölgəsinin Vuzhou şəhərindəki Teng qraflığında dağlıq ərazidir. Hadisə yerində yanğın başlayıb və xilasedicilər cəlb olunub.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: