Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək
Eks-prezident Ayaz Mütəllibovun bütün dəfn xərclərini Azərbaycan dövləti öz üzərinə götürüb.
Globall.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu deyib.
O bildirib ki, dünən gecə Ayaz Mütəllibvovun nəşi Heydər məscidinə aparılıb: “Orada müsəlman adət-ənənələrinə uyğun olaraq bütün rituallar yerinə yetirilib. Cənazə yuyulub, kəfənlənib. Hazırda Ayaz müəllimin nəşi oğlu Zaurun evindədir. Həyat yoldaşı dünyasını dəyişəndən sonra Ayaz Mütəllibov oğlunun evində qalırdı”.
Mərhumun yaxınları Report-a bildirib ki, Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, A.Mütəllibov uzunsürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: