Rusiyanın Ukraynadakı İTKİLƏRİ:
605 tank, 17300 canlı qüvvə...
Ukrayna Rusiyanın bugünə qədər verdiyi hərbi itkilərini açıqlayıb.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyin məlumat yayıb.
Qeyd edilib ki, fevralın 24-dən bu günədək Rusiya Ordusunun 605 tankı, 1723 zirehli döyüş maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 131 hərbi təyyarəsi, 131 helikopteri, 1184 avtomobil texnikası, 7 gəmisi, 75 yanacaq çəni, 81 dronu, 21 xüsusi avadanlığı məhv edilib.
Rəsmi məlumata görə, Rusiya tərəfi indiyədək 17300-ə yaxın canlı qüvvəsi sıradan çıxarılıb.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: