Gürcüstanın XİN başçısı İSTEFA VERDİ, yenisi təyin olundu

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani istefa verib.
Globall.az report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, D.Zakaliani Gürcüstanın ABŞ-da səfiri olacaq.
İ.Qaribaşvili deyib ki, xarici işlər naziri vəzifəsinə İlya Darçiaşvili təyinat alıb.
Qeyd edək ki, İ.Darçiaşvili ötən ilin martından Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub. O, təyinatdan öncə Gürcüstanın Polşada səfiri işləyib. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: