Azərbaycanda bu günə olan yoluxma sayı - FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Ümumilikdə indiyədək 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.
Ölkədə son sutka ərzində 2820, hazırkı dövrədək isə 6 794 952 test aparılıb.

Oxunub: 221
Xəbəri paylaş
Paylaş: