Universitet müəllimindən əxlaqsız təklif...
- DİN iddialara CAVAB VERDİ
Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev lent.az-a cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq".
xxx
Lənkəran Dövlət Universiteti (LDU) əxlaqsız videosu yayılan müəllimlə bağlı açıqlama yayıb.
Universitetin mətbuat katibi Esmira İsmayılova modern.az-a bildirib ki, sözügedən müəllim Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşıdır.
"O, LDU-da yarım ştatla işləyir. Hüquq-muhafizə orqanlarının araşdırmaları davam edir. Məsələ təsdiqini taparsa, müəllimə qarşı qanunvericilik çərçivəsində ən sərt tədbir görüləcək", - universitet rəsmisi vurğulayıb.
Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.