Bakıda jurnalistə hücum edildi
- FOTO
Jurnalist Aytən Məmmədovaya hücum edilib.
Globall.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal küçəsi 11 ünvanında baş verib.
Belə ki, A. Məmmədova yaşadığı binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: