Ruslar ukraynalı əsirləri belə alçaldıblar -
Ombudsman danışdı
Ruslar əsir düşmüş ukraynalı hərbçiləri əllərini və barmaqlarını kəsməklə hədələyiblər.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.
O qeyd edib ki, 100-dən çox ukraynalı hərbçi artıq əsirlikdən azad edilib.
"Onlar bizə sadəcə dəhşətli vəziyyətdə qaytarılır", - Denisova söyləyib.
Ombudsman bildirib ki, ukraynalı döyüşçülərdən bəziləri Mariupolda əsir götürülüb, onlara “Kadırovçular” tərəfindən dəhşətli işgəncə verilib.
"Başlarına torba keçirib, gözlərini lentlə bağlayıblar. Sonra əllərini stola bərkidib, mişar işə salıblar. Əsirləri əllərinin kəsiləcəyi ilə qorxudublar”.
Ombudsmanın sözlərinə görə, əsirlər su, yemək və dərmansız saxlanılıb.
“Əsirləri FSB müstəntiqləri dindiriblər. Onları daim alçaldıblar, hətta ayaqyoluna belə buraxmayıblar, şiiddətli şəkilkdə döyüvlər”.
Denisova deyib ki, əsirlikdən azad olunanların psixi yardıma ehtiyacı var, onların çoxu xəstəlik tapıb.
Ombudsman vurğulayıb ki, Rusiya ukraynalı hərbi əsirləri bu cür təhqirlərə məruz qoymaqla 1949-cu il Cenevrə konvensiyalarını pozur.