Bayden Ukraynaya getmək istəyir
ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək istəyir, lakin hazırda belə bir səfər planlaşdırılmır.
Globall.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
"Hazırda səfər planlaşdırılmır. Amma o yenə də Ukraynaya getmək istəyirdi", - deyə C.Psaki qeyd edib.
С.Psaki "ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfəri Amerika liderinin də bu ölkəyə səfər edə biləcəyi anlamına gəlirmi" sualına "Onların səfərləri bir qədər fərqlidir", - deyə cavab verib. (modern.az)
Oxunub: 248
Xəbəri paylaş
Paylaş: