İlham Əliyev Putinlə Qarabağı MÜZAKİRƏ ETDİ
(YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Globall.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.
Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.
Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.
Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.
xxx
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Globall.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Kremlə istinadən məlumat yayıb.
Bildirilib ki, Prezidentlər telefon söhbəti zamanı Qarabağla bağlı sazişlərin icrasını, ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Kremldən bildirilib ki, Vladimir Putin və Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin yerinə yetirilməsi məsələsinə baxılıb, regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində olub”, - məlumatda qeyd olunub.
Bundan əlavə, dövlət başçıları müxtəlif səviyyələrdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər. (modern.az)