Avropa ölkələri Lavrova görə hava məkanını BAĞLADI
Rəsmi Moskva xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanması xəbərini təsdiqləyib.
Globall.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Avropa İttifaqı ölkələri hava məkanını bağladı” – deyə Zaxarova vurğulayıb.
Daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin Bolqarıstan, Şimali Makedoniya və Monteneqro üzərindən uçmasına icazə verilməyib. (modern.az)
Oxunub: 356
Xəbəri paylaş
Paylaş: