Ermənistanda hərbi maşın qəzaya uğradı
- 11 əsgər yaralandı
Ermənistanın Vayots Dzor bölgəsində orduya məxsus yük maşını qəzaya uğrayıb.
Ermənistan KİV-ləri xəbər verir ki, hadisə iyunun 7-də saat 10:40 radələrində İrəvan-Meğri yolunun 127-ci kilometrliyində baş verib. Məlumata görə, hərbçiləri daşıyan “Kamaz” markalı yük maşını aşıb. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 əsgər xəstəxanalara çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur. (modern.az)
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: