Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayırdı

Dünya Bankının Direktorlar Şurası Ukraynaya 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi göstərməyi qərara alıb.
Globall.az xəbər verir ki, bu barədə Dünya Bankından bildirilib.
Bu məbləğ Dünya Bankının Kiyevə göndərmək niyyətində olduğu 4 milyard dollarlıq yardım paketinin bir hissəsidir. Bu vəsaitlərə Böyük Britaniya, Niderland, Litva, Latviya və bir sıra digər ölkələrin verdiyi kredit zəmanətləri daxildir.
Məlumata görə, Ukraynaya ayrılan vəsaitlər dövlət qulluqçularının və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcək.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: