Tələbələrə GEYİM QADAĞASI
- FOTO (YENİLƏNDİ)
Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.
Globall.az xəbər verir ki, bu barədə kitabxananın girişində elan yerləşdirilib.
Bu qadağa sosial şəbəkələrdə müzakirələrə səbəb olub, universitet rəhbərliyi tənqid edilib.
xxx
Oxu.Az məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova ilə əlaqə saxlayıb. O bildirib ki, yayılan elanda qeyri-adi heç nə yoxdur: “Cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq.
Sizə bir misal da çəkim. Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyi kimi geyinsin deyə digər tələbələrin mövqeyini görməzdən gələ bilmərik”.