Astroloqdan Putinin taleyi və Rusiyada hakimiyyət dəyişikliyi haqda PROQNOZ
Rusiya hakimiyyət dəyişikliyini gözləməlidir. Astroloq Vlad Rossun sözlərinə görə, bu, çox mühüm tutulmalar zamanı baş verəcək: ya aprelin 20-də (Hitlerin doğum günü), ya da mayın 5-də (Karl Marksın doğum günü).
Bu barədə informasiya “glavred.info” saytında yer alıb.
“Bu tarixlərə qədər artıq sülh və əmin-amanlıq bərqərar olacaq. Ona görə də bir az səbr etmək lazımdır. Bu vaxtadək Vladimir Putin artıq Rusiya Federasiyasında hakimiyyətdə olmayacaq. Çox güman ki, o, ölmüş olacaq. Devrilmə simvolu Saturn 2023-cü ilin yanvar-fevral aylarında güc simvolu olan Yupiterin üstündən keçəcək”, – astroloq “Qlavred”ə bildirib.
Astroloqun fikrincə, 16-21 iyulda Putinin ulduz falı üçün əlverişsiz olacaq.
“Sui-qəsdlərin simvolu olan Neptun Saturna elə şərait yaradacaq ki, Putin öz postundan devriləcək və rejimi çökəcək. Üstəlik, iyulun 16-da Rusiya falında hakimiyyətin evinə Mars daxil olacaq. Bu, qətlin mümkünlüyünə bir işarədir”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, iyulun ortaları Putini devirmək üçün ən çox ehtimal olunan vaxtdır.
“Hətta onun ölümü də mümkündür. Bir sözlə, Putinə qarşı sui-qəsd yetişə bilər və “bunker siçovulu” məhv olacaq”, – Ross vurğulayıb.
Astroloq Vlad Ross bildirib ki, 2022-ci ilin iyun ayı çox sakit keçəcək və xeyirxah bir ay olacaq.
Eyni zamanda astroloq şiddətli döyüşlərin olacağı xəbərdarlığını edib. Onun proqnozuna görə, Ukraynada müharibə iyunda bitməyəcək. (konkret.az)