“Seyid cəddinə arxayın olan kimi, biz də…”
- Siyavuş Novruzov
"Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq".
Globall.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir:
"Qurumlar büdcədən ayrılan vəsaiti müəyyən qədər qənaətlə xərcləməlidir. Naxçıvana aviabiletlərin qiyməti də qalxıb. Mənə elə gəlir, həmin sahəyə müvəqqəti vəsait ayrılsa, insanlar əziyyət çəkməz. O vaxta qədər quru yolu açılar və biz Naxçıvana birbaşa gedərik".
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: